Boliviyada daşqınlar 16 nəfərin həyatına son qoydu
Dünya
09.01.2025 02:00
Boliviyada keçən ilin noyabrından bəri baş
verən daşqınlar nəticəsində azı 16 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin müdafiə
nazirinin müavini Xuan Karlos Kalvimontes məlumat verib.
Onun sözlərinə görə, daşqınlar nəticəsində 16 013 ailə
zərər çəkib, 335 evə ziyan dəyib, 194 ev dağılıb, 16 nəfər həlak olub.
Kalvimontes bildirib ki, ölkənin doqquz departamentində
çayların sahillərini aşması təhlükəsi qalmaqdadır. Daşqınlara səbəb olan güclü
yağışlar zamanı səlahiyyətlilər 18,3 ton humanitar yardım paylayıb.
tag: Boliviya, Daşqın, Ölüm, Xuan,Ev, todaypress.az,