“Boeing” işçiləri tətili dayandırdı
Dünya
05.11.2024 11:50
ABŞ-nin təyyarə istehsalçısı “Boeing” zavodunun işçilərinin tətili noyabrın 6-da başa çata bilər.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Qeyd olunub ki, şirkətin üzvləri səs çoxluğu ilə təyyarə istehsalı korporasiyası rəhbərliyinin sonuncu, dördüncü təklifini bəyəniblər.
Razılaşmanın təkmilləşdirilməsi sayəsində razılığa gəlmək mümkün olub.
Qeyd edək ki, sentyabrın 13-də "Boeing" zavodunun işçiləri həmkarlar ittifaqı rəhbərliyinin şirkətlə razılaşdırdığı əmək müqaviləsinin şərtlərini rədd edərək son 16 ildə ilk dəfə tətilə çıxıblar. Müqavilə Vaşinqton, Oreqon və Kaliforniya ştatlarındakı zavodlarda çalışan işçilər üçün baza maaşının 25 faiz artırılmasını, həmçinin 3000 ABŞ dolları məbləğində birdəfəlik ödənişləri nəzərdə tuturdu.
Günəş Mərd
tag: Boeing,Tətil, İşçilər, Zavod, Kaliforniya, todaypress.az,