Boeing "777X”ın sınaq uçuşları dayandırdı
Dünya
21.08.2024 17:30
Amerika təyyarə istehsalçısı “Boeing” yeni “Boeing 777X” reaktiv təyyarəsinin uçuş sınaqlarını dayandırıb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, şirkət verdiyi açıqlamada uçuş zamanı təyyarənin mühərriki ilə gövdəsini birləşdirən hissənin uğursuz olduğunu aşkar etdikdən sonra komponentin gözlənildiyi kimi işləmədiyini bildirib.
Sınaq uçuşlarının daha sonra bərpa olunması planlaşdırılır.
“Boeing”in dəyişdiriləcəyini bildirdiyi problemli hissə “777-9” modelinə aiddir və mühərriki təyyarənin konstruksiyasına birləşdirir.
Qeyd edək ki, 2013-cü ilin noyabrında təqdim edilən “Boeing 777X”ın 2020-ci ildə xidmətə girməsi planlaşdırılsa da, sertifikatlaşdırma prosesindəki problemlərə görə bu tarix 2025-ci ilə təxirə salınıb. “Boeing 777X” hələ də ABŞ mülki aviasiya tənzimləyicisindən (FAA) yaşıl işıq ala bilməyib.
Günəş Mərd
tag: Amerika, Boeing 777X, Təyyarə, Uçuş, Sınaq, todaypress.az,