BMT yaxınlaşan qlobal fəlakət barədə xəbərdarlıq etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş
katibi Antonio Quterreş bildirib ki, dünya iqlim fəlakətinin astanasındadır.
Bu barədə TodayPress xarici mətbuata istinadən xəbər
verir.
Onun sözlərinə görə, Yer kürəsi ekstremal temperatur,
irimiqyaslı yanğınlar, quraqlıq və misli görünməmiş daşqınlar dövrlərini
yaşayır:
“Bütün bunlar iqlim dəyişikliyi fonunda baş verir. Bunlar
təbii deyil, texnogen fəlakətlərdir və getdikcə mədən yanacaqlarının istifadəsi
səbəbindən baş verir. Bu problem heç bir dövlətdən yan keçməyəcək”.
tag: BMT, Antonio Quterreş,İqlim, Ekologiya, Fəlakət, todaypress.az,