BMT yanğından zərər çəkmiş Kaliforniyaya yardım etməyə hazırdır

Dünya

10.01.2025 01:22

BMT Los-Anceles şəhərində baş verən meşə yanğınlarına lazım gələrsə, köməklik göstərməyə hazırdır.

TodayPress xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş bildirib.

"Kaliforniyanın Los-Anceles bölgəsində sürətlə davam edən meşə yanğınlarının yaratdığı geniş dağıntılardan sarsılır və kədərlənir.  Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm

Kaliforniya Yanğın Departamentinin məlumatına görə, meşə yanğınları təxminən 29,000 akr ərazini əhatə edib. Alovlar artıq 1000-dən çox binanı məhv edib və ən azı 5 nəfərin ölümünə səbəb olub. Yerli hakimiyyət orqanları yaxınlıqdakı ərazilərdən olan yanğınsöndürənlərdən kömək istəyib. Onlar həmçinin Vaşinqton, Oreqon və Nevada ştatlarından olan fövqəladə hallar işçiləri tərəfindən gücləndirilib.

Yanğınsöndürənlər hələ də meşə yanğınlarını lokallaşdıra bilməyiblər.

Aynur TAC

tag: Yanğın, Kaliforniya, Ev,BMT, todaypress.az,