BMT: UNRWA-nın fəaliyyəti 48 saat ərzində dayandırılacaq
Dünya
28.01.2025 22:48
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danona məktub göndərib.
TodayPress xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, Baş katib məktubda BMT-nin Fələstinli
Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail torpaqlarında
fəaliyyətinə davam etməsinə çağırıb: “Bizim mövqeyimiz beynəlxalq hüquqa
əsaslanır və Fələstin xalqını dəstəkləmək üçün əlimizdən gələni etməyə davam
edəcəyik”.
Qeyd edək ki, ötən oktyabrın 28-də İsrail parlamenti
UNRWA-nın ölkə ərazisindəki fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.
İsrailin BMT-dəki səfiri Danni Danon bu gün təşkilatın
Təhlükəsizlik Şurasına çıxışı zamanı UNWRA-nın fəaliyyətinin 48 saat ərzində
dayandırılacağını bildirib.
Xatırladaq ki, 1948-ci ildə yaradılmış Agentlik Yaxın
Şərq regionunda 5 milyondan çox fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə
hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət
göstərir.
tag: BMT, Baş Katib, Quterreş, Denni, UNRWA,Səfir, todaypress.az,