BMT Ukraynaya sülhməramlı missiyasını göndərəcək?
Dünya
17.12.2024 15:15
“Ukraynada təklif olunan sülhməramlı missiya Avropa İttifaqının (Aİ) deyil, BMT-nin himayəsi altında olmalıdır”.
TodayPress xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto “La Repubblica” nəşrinə müsahibəsində bildirib.
Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, sülhməramlıların yalnız Avropa ölkələrindən göndərilməsi variantı nə Rusiya, nə də Ukrayna tərəfinə sərf etməz.
"Bu, BMT kontingenti olmalıdır. Lazım gələrsə, çoxmillətli qüvvəyə ehtiyac olarsa, biz töhfə verməyə hazırıq" deyə o, əlavə edib.
Günəş Mərd
tag: Ukrayna,Aİ,BMT,Sülhməramlı,Rusiya,Müdafiə Nazirliyi,todaypress.az,