BMT TŞ Qəzza zolağında atəşkəslə bağlı ABŞ-nin qətnamə layihəsini qəbul etdi

Dünya

11.06.2024 01:28

BMT Təhlükəsizlik Şurası (TŞ) İsrail və HƏMAS arasında ABŞ tərəfindən hazırlanmış yeni atəşkəs təklifini dəstəkləmək üçün hazırlanmış qətnamə layihəsinin lehinə səs verib.

TodayPress xəbər verir ki, bu barədə  TASS məlumat yayıb. Bildirilib ki, səsvermə zamanı qətnaməni 14 ölkə dəstəkləyib. Agentliyin məlumatına görə, Rusiya səsvermədə bitərəf qalıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti İsrailin Qəzza zolağında atəşkəs üçün yeni təklifi Fələstinin HƏMAS radikal hərəkatına təqdim etdiyini açıqlamışdı . Baydenin sözlərinə görə, təklif olunan saziş üç mərhələdən ibarətdir: İsrail qoşunlarının Qəzzadan çıxarılması və HƏMAS əsirliyindən girovların azad edilməsi, qeyri-müəyyən atəşkəs və döyüşlərdən sonra Qəzzanın yenidən qurulmasına başlanılması.

 GÜNEL

tag: ABŞ, Qəzza, HƏMAS,BMT, todaypress.az,