BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid etdi
BMT Təhlükəsizlik Şurasında (TŞ) üzv
ölkələrin nümayəndələri İsrailin dünya təşkilatının Yaxın Şərqdəki Fələstinli
Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan edən
qanunu pislənib.
TodayPress xəbər verir ki,TŞ-də keçirilən xüsusi
sessiyaya sədrlik edən İsveçrənin xarici işlər naziri İqnatsio Kassis BMT
TŞ-nin qəbul etdiyi qərarların yerinə yetirilməməsini bildirib.
Nazir TŞ-nin qərarlarının təsirsiz olduğunu deyib: “Biz
Qəzzada münaqişədən çıxış yolu tapmalıyıq: Qəzzaya humanitar yardımları
artırılmalı, dağıntılar və zorakılığa son verilməlidir. Biz İsrail
parlamentində qəbul edilmiş UNRWA-in fəaliyyətinin dayandırılması isə bağlı
qərarı pisləyirik və BMT qurumlarına və onların səlahiyyətlərinə qarşı
birtərəfli addımları rədd edirik”.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild
UNRWA ilə bağlı qanundan narahatlıq duyduğunu vurğulayıb: “Bu otaqda nə qədər
insan aclıqdan ölən bir uşağı seyr edib? Mən gördüm. ABŞ-nin İsrailin Cibaliya
və ya başqa yerlərdə fələstinliləri aclıqdan öldürməsini qəbul etmirəm,
İsrailin meydandakı fəaliyyəti onun sözləri ilə uyğun olmalıdır”. Qrinfild
UNRWA-in yüzlərlə əməkdaşının HƏMAS-la heç bir əlaqəsinin olmadığını və onlara
vəzifələrini yerinə yetirməsinə icazə verilməsinin vacib olduğunu deyib.
Qeyd edək ki, oktyabrın 28-də İsrail parlamenti UNRWA-in
ölkə ərazisindəki fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.
tag: Ukrayna, QƏzza, ABŞ, BMT, UNRWA, todaypress.az,