BMT TŞ-nin Suriya ilə bağlı qətnaməsi artıq yeni reallıqlara cavab vermir

Dünya

13.12.2024 12:08

BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə Suriyada siyasi nizamlanma ilə bağlı qəbul etdiyi 2254 saylı qətnaməsi bu ölkədəki yeni reallıqlara cavab vermir. 

TodayPress xəbər verir ki, bu fikirləri “Hürriyet” qəzetinin siyasi şərhçisi Sedat Ergin deyib. 

Onun sözlərinə görə, Suriyada son iki həftədə baş verən hadisələr göstərir ki, qətnamədə təklif olunan və heç vaxt həyata keçirilməyən nizamlanma mexanizmi köhnəlib. Buna səbəb BMT-nin qərarında Suriyada danışıqlar aparmalı olan üç qüvvənin nəzərə alınmasıdır. Bunlar keçmiş prezident Bəşər Əsəd hökuməti, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələridir. İndi Əsəd və Baas Partiyası siyasi səhnəni tərk edib.

Qərara uyğun olaraq yaradılan Konstitusiya Komitəsi də bu üç partiyanı nəzərə alıb və işin aparılması üçün hər birindən 50 nümayəndə dəvət olunub. İndi bu güc balansı da artıq reallığa uyğun gəlmir. Üstəlik, yeni konstitusiyanın hazırlanması prosesinin özü də nəticə vermədi və 2022-ci ildə dayandırıldı.

"Qətnamə artıq Suriyadakı reallıqları əks etdirmədiyi üçün konstitusiyanın hazırlanması üçün fərqli üsul lazım gələcək. Yenisinin qəbulu isə asan olmasa da, qeyri-mümkün deyil” deyə şərhçi qeyd edib. Və bu kontekstdə böyük məsuliyyət BMT-nin baş katibi Antonio Quterreş və onun Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin üzərinə düşür.

Töhfə Səməd

tag: BMT, TŞ ,Suriya, Prezident ,todaypress.az,