BMT Təhlükəsizlik Şurasına mayda Yunanıstan rəhbərlik edəcək

Dünya

01.05.2025 03:23

25

BMT Təhlükəsizlik Şurasına may ayında Yunanıstan rəhbərlik edəcək.

TodayPress xəbər verir ki, Yunanıstan bu müddət ərzində Şuranın gündəliyində duran əsas beynəlxalq məsələlərlə bağlı müzakirələrə rəhbərlik edəcək.

Ay ərzində Təhlükəsizlik Şurasının fəaliyyəti çərçivəsində mətbuat konfransları və digər ictimai tədbirlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Yunanıstanın BMT-dəki daimi nümayəndəsi səfir Evangelos Sekeris sabah sədrliyə dair prioritetlər və gündəlikdəki əsas məsələlərlə bağlı mətbuat konfransları keçirəcək.

tag: BMT, Şura, Yunanıstan, SƏdr, todaypress.az,