BMT: "Talibanın tiryək qadağası yüksək dozadan ölümləri artıra bilər"

Dünya

28.06.2024 23:19

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC)  Talibanın tiryək qadağasından sonra həddindən artıq dozada ölüm hallarının artma ehtimalı ola biləcəyini bildirib.

TodayPress xəbər verir ki, UNODC-nin çərşənbə günü dərc etdiyi hesabatda, tiryək qadağası səbəbindən heroindən istifadə edən insanların ölümcül sintetik opioidlərə keçməsi ilə həddindən artıq dozada ölüm hallarının arta biləcəyi qeyd olunub.

Bazarda heroinin saflıq səviyyəsinin aşağı düşməsinin gözlənildiyini bildirən təşkilat Əfqanıstanda istehsal edilən xaşxaşın ümumiyyətlə Avropa, Yaxın Şərq və Cənubi Asiya ölkələrinə göndərildiyini və bu gündən etibarən bu il  “tiryək qıtlığı”nın ola biləcəyini bildirib.

İcmalda alternativ opioidlərin son illərdə bəzi Avropa ölkələrində ortaya çıxan fentanil və ya nitrasen kimi çox güclü maddələri ehtiva etdiyi üçün ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi deyilib.

UNODC-nin əməkdaşı Angela Me İrlandiya, Britaniya, Estoniya və Latviyada fentanildən daha güclü sintetik opioid növü olan nitazenlərdən həddindən artıq dozada ölüm hallarının qeydə alındığını  vurğulayıb.

Xatırladaq ki, ABŞ-nin 2021-ci ildə ölkədən çıxması ilə Taliban əvvəlcə paytaxt Kabilə, sonra isə bütün ölkəyə nəzarəti ələ keçirib. Təşkilat 2022-ci ilin aprelində tiryək yetişdirilməsini qadağan edib.

 GÜNEL

tag: Taliban, Əfqanıstan, ABŞ, Tiryək, Avropa, todaypress.az,