BMT: “Suriyada 16 milyon insanın yardıma ehtiyacı var”
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Suriyadakı vəziyyəti xaotik adlandırıb və ölkədə 16 milyondan çox insanın yardıma ehtiyacı olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Xin Hua” məlumat yayıb.
OCHA bildirib ki, noyabrın 28-dən dekabrın 8-dək təkcə qərb və şimal-qərbdə 1 milyon insan öz evlərini tərk edib:
“Daha çox sığınacaq, qida və sanitar şəraitə təcili ehtiyac var".
Ofisin dediyinə görə, bu yaxınlarda didərgin düşənlər əsasən Hələb, Həma, Homs və İdlib əyalətlərindən olan qadın və uşaqlardır
"Çətinliklərə və qeyri-sabit vəziyyətə baxmayaraq, biz və tərəfdaşlarımız təcili yardım göstərməyə davam edirik" deyə əlavə olunub.
Ofis Suriyanın şimal-qərbində İdlib və Hələbin şimalındakı bütün humanitar təşkilatların müntəzəm fəaliyyətə başladığını və Türkiyədən Suriyaya yardım çatdırmaq üçün istifadə edilən üç sərhəd keçidinin açıq qaldığını bildirib.
Bununla belə, ofis tibb müəssisələrinin, əsas xəstəxanaların personal, dərman və ləvazimat çatışmazlığı səbəbindən məhdud gücü ilə işlədiyini söyləyib.
Töhfə Səməd
tag: BMT, Suriya, Türkiyə ,Tərəfdaş, todaypress.az,