BMT sülhməramlıları Livandakı müşahidə məntəqəsini tərk etdilər

Dünya

25.10.2024 19:55

BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) Livan-İsrail sərhədində yerləşən sülhməramlılarının yaralanması ilə nəticələnən yeni insident barədə məlumat verib. 

TodayPress xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidmətinin “X”də yayılan bəyanatında deyilir.

Məlumata görə, oktyabrın 22-də bir qrup hərbi zabit Livanın cənubundakı Ed-Duheyra kəndini təmizləyən İsrail hərbçilərinin hərəkətlərini izləyib. 

“İsrail əsgərləri onların izlənildiyini görəndə “Mavi Dəbilqəli”lərin postuna atəş açıblar. Nəticədə müşahidə qülləsində xidmət edən sülhməramlılar itkilərin qarşısını almaq üçün mövqelərini tərk ediblər. Biz İsrail ordusuna və digər tərəflərə BMT-nin sülhməramlı missiyasının şəxsi heyətinin və əmlakının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini xatırladırıq. “Mavi Dəbilqəli”lərin hədəflərinə hər hansı qəsdən hücum beynəlxalq humanitar hüququn və BMT Təhlükəsizlik Şurasının 1701-ci maddəsinin ciddi pozulmasıdır” deyə məlumatda bildirilib.

Bundan əvvəl oktyabrın 10-da UNIFIL İsrail ordusunun Ras-ən-Nəqura məntəqəsindəki qərargahını atəşə tutması nəticəsində iki sülhməramlının yaralandığını bildirib. Oktyabrın 11-də daha iki “Mavi Dəbilqəli”, sentyabrın 12-də isə bir sülhməramlı yaralanıb.

İsrail tərəfinin fikrincə, BMT sülhməramlıları öz mövqelərində qalaraq, “Hizbullah”ın silahlı birləşmələrinin girovuna çevrilirlər. 

Töhfə Səməd

tag: BMT, Hizbullah, UNFIL, İsrail, todaypress.az,