BMT Rusiyadan 3 vilayətə giriş tələb etdi

Dünya

15.08.2024 16:10

1789

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) idarə heyyəti Rusiya tərəfinə hərbi əməliyyatlar fonunda insan hüquqlarının vəziyyətini qiymətləndirmək üçün əməkdaşlarının Kursk, Belqorod və Bryansk vilayətlərinə daxil olması üçün sorğu göndərib.

TodayPress xəbər verir ki, bunu “TASS”a idarənin rəsmi nümayəndəsi Elizabet Trossel bildirib.

“BMT-nin İnsan Hüquqları Ofisi monitorinq mandatımıza uyğun olaraq, Rusiya hakimiyyətinə Ofisin Rusiya Federasiyasının münaqişədən təsirlənmiş ərazilərinə, o cümlədən Belqorod, Bryansk və Kursk vilayətlərinə çıxışını asanlaşdırmaq üçün sorğu göndərib” deyə Trossel əlavə edib. 

Töhfə Səməd

tag: BMT, Rusiya, İnsan Hüquqları Ofisi, Belqorod, Bryansk, Kursk, todaypress.az,