BMT: Qəzzada ölənlərin sayı rəsmi bildiriləndən çoxdur
Dünya
28.01.2025 23:28
"Qəzza zolağında ölənlərin sayı rəsmi məlumatlarda göstərilənin sayından 40% çoxdur"
TodayPress
xəbər verir ki, bunu BMT-nin
Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip
Lazzarini bildirib.
"Qəzzada
travmatik zədə nəticəsində ölümlə bağlı araşdırmaya görə, Səhiyyə Nazirliyi tərəfindən verilən ölüm rəqəmi minimum təxmindir. 46 min ölüm
ehtimalı 40%-dən çox azdır” məlumatda qeyd olunub.
Qəzzanın Səhiyyə Nazirliyinin son
bülleteninə görə, 2023-cü ilin oktyabr ayından bu yana ölənlərin ümumi sayı 47
354 nəfərə yüksəlib, 111 563 nəfər yaralanıb.
Aynur TAC
tag: Qəzza, Ölüm, Yaralı, Statistika, BMT, Fələstin,todaypress.az,