BMT: Qəzzada müharibə dayanmalıdır

Dünya

17.08.2024 09:30

1186

Beynəlxalq Millət Təşkilatı Qəzzada vaksinasiya üçün tərəfləri müharibəni dayandırmağa səslədi.

TodayPress xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib. 

"Qəzzada müharibə edən tərəflər silahlarını yerə qoymalıdırlar ki, humanitar yardım təşkilatları yarım milyondan çox uşağı poliomielit əleyhinə peyvənd edə bilsinlər" deyə o, qeyd edib. 

Quterreş əlavə edib ki, bu yaxınlarda iki yerdə, Xan Yunis və Deyr Əl-Balahda kanalizasiya nümunələrində poliovirus aşkar edilib. Bu, o deməkdir ki, aklavda iflicə səbəb ola biləcək xəstəlik yayılır və minlərlə uşağı risk altında qoyur. 

Günəş Mərd

tag: BMT,Antonio Quterreş,Xan Yunis, Qəzza, Deyr Əl-Balah, todaypress.az,