BMT Qəzza zolağındakı vəziyyətlə bağlı hesabat verdi
İsrail sentyabr ayında Qəzza zolağında məktəblərə endirdiyi ən azı 10 zərbə nəticəsində 86 nəfər həlak olub.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Fələstin üzrə İdarəsinin hesabatında deyilir.
Beynəlxalq təşkilatın məlumatına görə, son üç gündə İsrail ikisi Qəzzada, biri isə Nuseyrat qaçqın düşərgəsində olmaqla 3 məktəbə zərbələr endirib. Bu hücumlar nəticəsində 16-sı uşaq olmaqla 32 nəfər həlak olub.
Töhfə Səməd
tag: İsrail, Qəzza, BMT, Fələstin, Zərbələr ,todaypress.az,