BMT nümayəndəsi "İsrail əməkdaşların fəaliyyətinə mane olur

Dünya

28.04.2025 17:05

5

BMT baş katibinin müavini və təşkilatın hüquq idarəsinin rəhbəri Elinor Hammarşöld bildirib ki, İsrail BMT əməkdaşlarının və BAPOR işçilərinin Fələstin ərazilərində fəaliyyətinə mane olur. 

TodayPress xəbər verir ki, bu barədə o, BMT Beynəlxalq Məhkəməsində keçirilən dinləmələrdə danışıb.

Onun sözlərinə görə, İsrail BMT personalına vizaların verilməsini məhdudlaşdırır və BAPOR əməkdaşlarına vəzifə öhdəliklərini yerinə yetirdikləri üçün təzyiqlər göstərir.

Hammarşöld həmçinin bildirib ki, İsrail BAPOR məktəblərinə icazəsiz daxil olmağa cəhd edib və bəzi məktəblərin bağlanmasına qərar verib.

Qiymət Mahir

tag: İsrail,BMT,BAPOR,Fələstin,todaypress.az,