BMT-nin Fələstin missiyası ABŞ-yə görə uğursuz oldu

Dünya

13.08.2024 16:33

“Birləşmiş Millətlər Təşkilatı ABŞ-nin təzyiqlərinə görə Fələstin problemində heç vaxt müvəffəqiyyət əldə edə bilməyib”. 

TodayPress xəbər verir ki, bunu Fələstinin ölkə başçısı Mahmud Abbas həmkarı Vladimir Putinlə görüşündə deyib.

“BMT 1947-ci ildən bəri Baş Assambleyada və Təhlükəsizlik Şurasında Fələstin məsələsi ilə bağlı mindən çox qətnamə qəbul edib, lakin ABŞ-nin təzyiqləri nəticəsində öz missiyasını yerinə yetirə bilməyib. Həmçinin bir dənə də olsun Fələstin xalqının hüquqlarının qorunmasını təmin edəcək qərar qəbul etməyə nail olmayıb” deyə Abbas əlavə edib. 

Töhfə Səməd

tag: Birləşmiş Millətlər Təşkilatı , Fələstin,Mahmud Abbas, ABŞ,Təhlükəsizlik Şurası, todaypress.az,