BMT-nin Baş katibi Yaxın Şərqlə bağlı çağırış etdi
Dünya
06.10.2024 05:24
“Qlobal birlik ümidli qalmalı və Yaxın
Şərqi bürüyən iztirablara son qoymağa çalışmalıdır”.
TodayPress xəbər verir ki, bunu BMT-nin Baş katibi
Antonio Quterreş 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS silahlılarının
İsrailə hücumunun ildönümünə həsr olunmuş müraciətində deyib.
“Girovları azad etməyin, silahları yerə qoymağın, bölgəni
bürüyən əzablara son qoymağın, sülhün, beynəlxalq hüququn və ədalətin vaxtı
çatıb. Birləşmiş Millətlər Təşkilatı bu məqsədlərə nail olmağa tam sadiqdir.
Gəlin itirilmiş həyatlara hörmət edək, ailələri
birləşdirək və bütün Yaxın Şərqdə əzab və zorakılığa son verək, gəlin
münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün səylərimizi davam etdirək ki,
İsrail, Fələstin və regiondakı bütün digər ölkələr nəhayət bir-birinə hörmət
edərək sülh və ləyaqət içində yaşaya bilsinlər” deyə, o bildirib.
Dünya təşkilatının rəhbəri həmçinin bildirib ki, “HƏMAS”
Beynəlxalq Qızıl Xaç Komitəsinə Qəzza zolağında saxlanılan girovlara baş
çəkməyə icazə verməlidir. Onun sözlərinə görə, bir il əvvəl dəhşətli
hücumlardan sonra baş verən müharibə Qəzzada fələstinlilərə, indi də Livan
xalqına həyatları məhv etməyə və dərin iztirablara səbəb olmağa davam edir.
tag: Fələstin, İsrail, Livan, BMT, HƏMAS, todaypress.az,