BMT-nin Baş katibi Ukraynada sülhə çağırdı

Dünya

24.09.2024 17:57

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Ukraynada sülhə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.  

Onun sözlərinə görə, Ukraynada münaqişə genişlənir, onun yumşalmasına dair heç bir əlamət yoxdur. 

Quterreş bunun əvəzini mülki şəxslərin ödədiyini vurğulayıb.  

O, qeyd edib ki, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və təşkilatın qətnamələrinə əsaslanacaq ədalətli dünya qurmağın vaxtı çatıb. 

Günəş Mərd

tag: BMT ,Quterres ,Ukrayna, Münaqişə ,Nizamnamə ,Hüquq ,todaypress.az,