BMT-nin baş katibi İsrail ordusunu qara siyahıya saldı

Dünya

08.06.2024 01:22

BMT-nin baş katibi Antonio Quterreş münaqişə xəttindəki uşaqlara qarşı zorakılıq faktlarına görə İsrail Müdafiə Qüvvələrini qara siyahısına əlavə edib.

TodayPress TASS-a istinadla xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“İsrailin BMT-dəki Daimi Nümayəndəsi BMT-nin Baş Katibindən İsraili münaqişə zamanı uşaqların müdafiəsini yaxşılaşdırmaq üçün adekvat tədbirlər görməyən ölkələr və silahlı təşkilatlar siyahısına daxil etmək qərarına dair rəsmi bildiriş alıb” deyə bəyanatda deyilir.

 Həmçinin qeyd edilir ki, İDF “uşaqlara qarşı qanun pozuntularına yol verən tərəf kimi” qara siyahıya düşüb.

GÜNEL

tag: BMT, TASS, Antonio Quterreş, Münaqişə, todaypress.az,