BMT-nin Baş katibi İranla bağlı xəbərdarlıq etdi

Dünya

22.01.2025 17:43

BMT-nin Baş katibi Antonio Quterreş İran və onun nüvə proqramı ilə bağlı vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirib.    

TodayPress xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.   

"Ümid edirəm ki, İran nüvə silahına sahib olmaq istəmədiyini aydın şəkildə göstərməli olduğunu başa düşür" Baş katib diqqətə çatdırıb.  

Quterreş heasb edir ki, bunun müqabilində Tehran dünya ölkələri ilə daha fəal ticarət etmək imkanı əldə etməlidir.  

"Lakin vəziyyətin bu cür deyil, əksinə, eskalasiya, bütün regionu əhatə edə biləcək münaqişə istiqamətində inkişaf etməsi ehtimalı var" o, vurğulayıb.

tag: BMT,İRan,Nüvə proqramı,Xəbərdarlıq,Dünya xəbəri,todaypress.az,