BMT-nin baş katibi BRICS sammitində iştirak edəcək
Dünya
05.10.2024 01:11
BMT-nin baş katibi Antonio Quterreş Kazanda
keçiriləcək BRICS sammitində iştirak edəcək.
TodayPress Rusiya mətbuatına istinadən xəbər verir ki,
bu barədə BMT-nin Moskvadakı İnformasiya Mərkəzinin direktoru Vladimir
Kuznetsov bildirib.
“BMT-nin baş katibi Antonio Quterreş BRICS sammitində
dəvətli şəxs kimi iştirak edəcək. Biz 2030-cu ilədək davamlı inkişaf
gündəliyinin bütün məqsədlərinə nail olunması və bunun nəticəsində planetimizdə
təhlükəsiz və firavan həyatın təmin edilməsi üçün sammitdə mühüm razılaşmaların
əldə olunacağına ümid edirik” agentliyin müsahibi qeyd edib.
tag: BMT, Vladimir, BRİCS, Quterreş, todaypress.az,