BMT-nin baş katibi: “BRICS qlobal təhlükəsizlikdə mühüm rol oynaya bilər”
“BRICS qlobal təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynaya bilər”.
TodayPress xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
“Sammit gələcəkdə qlobal inkişaf və təhlükəsizlik maraqları naminə çoxtərəfliliyin gücləndirilməsi kursu müəyyən edib. İndi biz öz sözlərimizi əməllərlə dəstəkləməliyik. Biz BRICS-ə inanırıq və o, öz məqsədlərinə çata bilər” deyə Quterreş əlavə edib.
BMT-nin Baş katibi, həmçinin hər yerdə BMT Nizamnaməsi dəyərlərinə və qanunun aliliyinə, eləcə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi kimi prinsiplərə riayət etməyə çağırış edib.
Günəş Mərd
tag: BMT, Baş Katib, Nizamnamə,Antonio Quterreş, todaypress.az,