BMT media işçiləri ilə bağlı bir sıra ölkələrə çağırış etdi
Dünya
14.09.2024 16:00
“Bəzi ölkələr medianın müstəqilliyini təhdid edir, jurnalist peşəsi getdikcə daha təhlükəli olur”.
TodayPress xəbər verir ki, bunu BMT baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq deyib.
Onun sözlərinə görə, 2023-cü ildə dünyada hadisələri işıqlandırarkən rekord sayda jurnalist və media işçisi yaralanıb, bəzilərini isə xilas etmək mümkün olmayıb.
“Söz azadlığının və jurnalistikanın banisi olduğunu iddia edən ölkələrdə yüzlərlə insan həbs edilib. Belə çıxır ki, media azadlığı ona təminat verməli olanlar tərəfindən təhdid edilir” deyə o, bildirib.
Melissa Fleminq BMT-nin azad və müstəqil medianı dəstəklədiyini vurğulayıb. Eyni zamanda, o, beynəlxalq təşkilatın jurnalistlərə qarşı cinayət törədənlərin məsuliyyətdən yayınmaması üçün əlindən gələni etdiyini açıqlayıb.
Bundan əlavə, müavin, ölkələri jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün daha çox iş görməyə çağırıb.
Töhfə Səməd
tag: BMT ,Melissa Fleminq,Qlobal ,Təhlükəsizlik,Baş Katib, todaypress.az,