BMT: “İsrailin təxliyə əmrləri Livanın 25%-dən çoxunu əhatə edir”
İsrailin Livanda əhalinin hərbi təxliyəsi ilə bağlı əmrləri hazırda Livan ərazisinin dörddə birindən çoxuna şamil edilir.
TodayPress xəbər verir ki, bu barədə Cenevrədə keçirdiyi brifinqdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Yaxın Şərq departamentinin rəhbəri Rema Jemus İmzeyis bildirib.
"Hazırda Livanda 1 milyondan çox insan məcburi köçkün vəziyyətindədir" deyə o, hazırki durumu dramatik adlandırıb.
Onun sözlərinə görə, oktyabrın 14-də Livanın cənubundakı daha 20 kənd belə bir əmr alıb. İnsanlar təxliyə üçün bu çağırışlara qulaq asır və özləri ilə heç nə götürmədən evlərini tərk edirlər. Onların çoxu açıq havada yatmağa məcbur olurlar.
"Ehtiyaclar böyükdür və hər gün artır" deyən Rema Jemus, atəşkəsin bu kabusu dayandırmağın yeganə yolu olduğunu vurğulayıb.
Töhfə Səməd
tag: BMT ,Qaçqınlar ,Livan ,Yaxın Şərq ,İsrail ,todaypress.az,