BMT İsrailin Qəzzada məktəbə hücumunu pislədi
Dünya
10.08.2024 17:15
“Məktəblər və digər mülki obyektlər münaqişə iştirakçıları tərəfindən hərbi və ya döyüş məqsədləri üçün istifadə edilməməlidir”.
TodayPress xəbər verir ki, bunu BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.
“Baş verən bu dəhşətlərə son qoymağın vaxtıdır. Bütün bunlar dözülməz hal alıb. İcazə verə bilmərik ki, ölüm, partlayış halları normal qarşılansın. İnsanlığımızı itirməməliyik” deyə Lazzarini, bildirib.
O, həmçinin vurğulayıb ki, münaqişə tərəfləri mülki şəxsləri və mülki infrastrukturu qorumalıdır.
Töhfə Səməd
tag: BMT, İsrail, Qəzza, Fələstin, Lazzari, todaypress.az,