BMT İsrailin Beyruta hava hücumundan narahatlığını ifadə etdi
Dünya
21.09.2024 05:23
Birləşmiş Millətlər Təşkilatı İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta endirdiyi hava hücumundan son dərəcə narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.
TodayPress xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“Biz İsrailin Livanla sərhədində vəziyyətin gərginləşməsindən, o
cümlədən bu gün Beyruta edilən hücumdan son dərəcə narahatıq. Biz bütün
tərəfləri dərhal gərginliyi azaltmağa çağırırıq, hər kəs maksimum təmkinli
davranmalıdır” BMT rəsmisi qeyd edib.
Düjarrik əlavə edib ki, dünya təşkilatı həmçinin regionda hərbi
əməliyyatların dərhal dayandırılmasına çağırır.
tag: BMT,Livan ,Düjarrik ,Əməliyyatlar ,İsrail, todaypress.az,