BMT İsrail və Livana xəbərdarlıq etdi
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) İsrai və Livan münaqişəsindn narahatdır.
TodayPress xəbər verir ki, bu barədə sülhməramlıların rəsmi nümayəndəsi Andrea Tenenti bildirib.
"UNIFIL Komandanlığı Livanın cənubundan Metula şəhərinin kənarına doğru dörd raket atılmasından sonra şiddətin mümkün artması ilə əlaqədar həyəcan keçirir. Bu, İsrail ordusunun dərhal reaksiyasına səbəb olur. Biz bütün tərəfləri son aylarda sabitliyin qorunmasında əldə edilən irəliləyişə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq" o qeyd edib.
Tenenti xəbərdarlıq edib ki, eskalasiya Yaxın Şərq üçün ciddi nəticələr verə bilər.
Türkan İsgəndərli
tag: todaypress.az,Livan,İsrail,BMT,Yaxın Şərq,