BMT İsrail və "Hizbullah"a çağırış etdi

Dünya

25.08.2024 17:23

Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri və BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun ofisi "Hizbullah" şiə hərəkatı və İsraili münaqişəni gərginləşdirməkdən çəkinməyə çağırıb. 

TodayPress xəbər verir ki, bəyanat təşkilatın saytında dərc olunub. 

Bəyanatda deyilir:  “BMT-nin Livan üzrə Xüsusi Koordinatorunun Ofisi və Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri hər kəsi atəşi dayandırmağa və gərginliyin daha da artmasından çəkinməyə çağırır”. 

Təşkilat qeyd edib ki, BMT-nin bütün strukturları regionda gərginliyi azaltmaq üçün bütün tərəflərlə təmasları davam etdirəcək.

tag: BMT,Livan,Hizbullah ,İsrail,todaypress.az,