BMT Hindistan və Pakistan arasında atəşkəsi alqışladı

Dünya

11.05.2025 12:15

23

BMT Baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb. 

TodayPress xəbər verir ki, bu barədə onun sözçüsü Stefan Düjarrik şənbə günü bəyanatla çıxış edib.

“Baş katib bu razılaşmanı mövcud gərginliyin azaldılması və düşmənçiliyin dayandırılması istiqamətində müsbət addım kimi qiymətləndirir” deyə Düjarrik bildirib.

O həmçinin ümid etdiyini bildirib ki, bu addım iki ölkə arasında uzunmüddətli sülhə və genişmiqyaslı məsələlərin həlli üçün əlverişli mühitin formalaşmasına töhfə verəcək. BMT bölgədə sülh və sabitliyin təşviqinə yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu bəyan edib.

Qiymət Mahir

tag: BMT,Hindistan,Pakistan,Atəşkəs,todaypress.az,