BMT HƏMAS-la əlaqəli əməkdaşlarını işdən çıxartdı
Dünya
06.08.2024 13:10
BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyində (UNRWA) çalışan 9 əməkdaşı işdən çıxarılıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, onlar HAMAS-ın oktyabrın 7-də İsrailə qarşı hücumunda iştirak etdiklərinə görə işdən azad ediliblər.
Xatırladaq ki, İsrailin iddialarından sonra yanvar ayından bəri UNRWA-nın bəzi işçilərinin hücumda mümkün iştirakı araşdırılır. 9 nəfərdən başqa, Agentlik daha əvvəl 12 işçini işdən azad etmişdi.
Töhfə Səməd
tag: BMT, HƏMAS,Fələstin, Qaçqın,UNRWA, todaypress.az,