BMT Fələstinin İsrailə qarşı ilk qətnaməsini qəbul etdi
Dünya
18.09.2024 20:54
BMT Baş Assambleyası İsrail ordusunun
Fələstin ərazilərindən bir il ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni
qəbul edib.
TodayPress xəbər verir ki, qətnaməni 124 dövlət, o
cümlədən Rusiya, Belçika, Braziliya, Qətər, Çin və Fransa dəstəkləyib, 14 ölkə,
o cümlədən Macarıstan, İsrail, ABŞ və Çexiya əleyhinə çıxıb, daha 43 dövlət
səsvermədə bitərəf qalıb.
Qətnamənin qəbulu üçün üçdə iki səs tələb olunurdu.
Qeyd edək ki, BMT Baş Assambleyasının qətnamələri
Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq, məcburi hüquqi qüvvəyə
malik deyil.
tag: BMT, Fələstin, Çin,İsrail, todaypress.az,