BMT Fələstin ərazilərində Əl-Cəzirə yayımını bərpa etməyə çağırır
Dünya
03.01.2025 04:21
BMT-nin
İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Fələstin Milli
Administrasiyasını Əl-Cəzirə kanalının fəaliyyətini bərpa etməyə və beynəlxalq
hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.
TodayPress bu barədə BMT-nin İnsan
Haqları üzrə Ali Komissarlığının İdarəsinin məlumatında bildirilib.
Daha
əvvəl bildirilmişdi ki, PNA Qətərin Əl-Cəzirə telekanalının Fələstində yayımını
dayandırıb.
Həmas
nümayəndələri dəfələrlə Əl-Cəzirə telekanalında çıxış edərək PNA-nı tənqid edib
və nəzarəti altında olan ərazilərdə hökumət əleyhinə nümayişlərə çağırıblar.
Aynur
TAC
tag: BMT, İnsan Haqları, PNA, Əl- Cəzirə, Fələstin, todaypress.az,