BMT əməkdaşları husilər tərəfindən girov götürüldü
Dünya
24.01.2025 18:50
Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu əsir götürüb.
TodayPress xəbər verir ki, bu barədə BMT bəyanat yayıb.
Məlumata görə, əsir götürülən şəxslər husilərin nəzarətində olan ərazilərdə fəaliyyət göstəriblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.
"BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər" deyə bəyanatda bildirilib.
Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.
tag: Yəmən,Ənsar Allah,Husilər,BMT ,todaypress.az,