BMT Durovun işi ilə bağlı narahatlığını açıqladı
“Telegram”ın yaradıcısı Pavel Durovun işi vətəndaş hüquqları cəhətdən narahatlıq doğurur”.
TodayPress xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Ravina Şamdasani bildirib.
“İstənilən məhdudiyyət beynəlxalq hüquqa uyğun olmalıdır” deyə o, əlavə edib.
Şamdasaninin sözlərinə görə, komissarlıq məsələnin həll edilməli olduğu parametrləri əks etdirən sənəd dərc etməyi planlaşdırır.
Töhfə Səməd
tag: Pavel Durov ,Telegram, BMT, Ravina Şamdasani, Komissarlıq, todaypress.az,