BMT: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür

Dünya

25.11.2024 13:08

2023-cü ildə dünyada gündə orta hesabla 140 qadın partnyoru və ya yaxın qohumu tərəfindən öldürülüb.

TodayPress xəbər verir ki, bu barədə "BMT-Qadınlar" təşkilatı və Narkotiklər və cinayətkarlıq üzrə İdarənin birgə hesabatında bildirilib.

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününün 25-ci ildönümündə dərc edilən hesabatda göstərilir ki, dünyada hər 10 dəqiqədə bir qadın öldürülür.

Hesabata əsasən, Afrikada femisid göstəriciləri ən yüksək səviyyədədir. 2023-cü ildə 21 700 qadın öldürülüb. Afrikadan sonra Amerika və Okeaniya gəlir.

Avropa və Amerikada qurbanların əksəriyyəti öz partnyorları tərəfindən öldürülüb. Bunun əksinə olaraq, ehtimal ki, Afrika və Asiyada qadınlar daha çox ailə üzvləri tərəfindən qətlə yetirilmə riski ilə üzləşiblər.

tag: BMT, Qadınlar, Amerika, Avropa, Afrika, Ölüm, todaypress.az,