BMT: Dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır
BMT-nin İnkişaf Proqramı (UNDP) və
Britaniya Oksford Yoxsulluqla Mübarizə və İnsan İnkişafı Təşəbbüsünün (OPHI)
ekspertləri dünya üzrə yoxsul insanların sayını qiymətləndiriblər.
TodayPress xəbər verir ki, araşdırma OPHI-nin
rəsmi saytında dərc edilib.
Hesabata əsasən, qlobal əhalinin 1,1 milyardı yoxsulluq
şəraitində yaşayır. Üstəlik, onların 40 %-i (455 milyon insan) müharibələr,
qeyri-sabitlik və / və ya aşağı sülhsevərlik səviyyəsi ilə əhatə olunmuş
ölkələrdə yaşayır.
“Biz münaqişədən təsirlənmiş bölgələrdə yoxsulluq
səviyyəsinin xeyli yüksək olduğunu aşkar etdik. Müharibə vəziyyətində olan
ölkələrdə hər üç nəfərdən biri yoxsuldur (34,8 %), halbuki Uppsala Münaqişə
Məlumatları Proqramına görə, münaqişədən təsirlənməmiş ölkələrdə bu göstərici
doqquz nəfərdən birdir (10,9 %)” hesabatın müəllifləri qeyd ediblər.
Alimlər əlavə ediblər ki, 1,1 milyard yoxsul insanın
yarısından çoxu 18 yaşadək uşaqlardır (584 milyon insan).
Bundan başqa, yoxsulların əksəriyyəti sanitariya şəraitindən
(828 milyon insan), mənzildən (886 milyon insan) və ya yemək bişirmək üçün
yanacaqdan (998 milyon insan) məhrumdur.
tag: BMT, Dünya, Yoxsulluq,OPHI, todaypress.az,