BMT-DƏN SOS SİQNALI: “Uşaqlar aclıqdan ot yeyirlər”
Dünya
10.06.2024 11:40
“Sudanda insanlar çarəsizlikdən ot və yarpaqlarla qidalanırlar”
TodayPress xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) “X”da məlumat yayıb. Uşaqlarda qida çatışmazlığının təhlükəli həddə çatdığı vurğulanıb.
BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 16 mindən çox insan həyatını itirib, təxminən 8,7 milyon insan didərgin düşüb və 25 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.
Günəş Mərd
tag: BMT, Sudan, Uşaqlar, Aclıq, todaypress.az,