BMT başçıları Qəzzada atəşkəsin yenidən qüvvəyə minməsinə çağırdılar
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) və BMT-nin Uşaq Fondu (UNICEF) rəhbərləri dünya liderlərini Qəzza zolağında atəşkəs rejiminin bərpası üçün qətiyyətli addımlar atmağa çağırıblar.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
"İsrailin artıq ikinci aydır ki, Qəzzaya qarşı sərtləşdirilmiş blokadası ilə üz-üzə qalıb. Biz dünya liderlərini beynəlxalq humanitar hüququn əsas prinsiplərinə riayət olunmasını təmin etmək üçün qəti, təcili və qətiyyətlə hərəkətə keçməyə çağırırıq. Mülki insanları qoruyun, yardımı asanlaşdırın, girovları azad edin” məlumatda qeyd olunub.
Bildirilib ki, atəşkəs mövcud olduğu iki ay ərzində Qəzza zolağının demək olar ki, bütün guşələrinə yardımların çatdırılmasını təşkil etmək mümkün olub, lakin hazırda ərzaq və lazımi əşyaların tədarükü son dərəcə aşağı səviyyəyə enib.
Martın 18-də İsrail yanvarda yaradılmış atəşkəsi pozaraq Qəzza zolağına kütləvi hcumlar edib.
Aynur TAC
tag: BMT, Qəzza, Yardım,Atəşkəs, Ərzaq, todaypress.az,