BMT Baş katibi İsrailə Suriya ilə bağlı çağırış etdi

Dünya

12.12.2024 23:20

1777

BMT Baş katibi Antonio Quterreş İsrailə Suriya ilə bağlı çağırış edib.

TodayPress “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, İsrailin Suriyanın fərqli bölgələrinə hava hücumundan narahatlığını ifadə edib.

Baş katib İsraili hücuma son qoymağa çağırıb.

Qeyd edək ki, daha əvvəl İsrailin Suriya ərazisinə zərbələr endirməsinə dair məlumat yayılmışdı.

Bundan əvvəl İsrailin “Qaley İDF” radiosu məlumat yayıb ki, Suriyaya uğurlu hava zərbələrindən sonra onların İrandakı nüvə obyektlərinə zərbə endirmək imkanı açılır.

 

tag: BMT, Quterreş, İsrail, Suriya, Çağırış, todaypress.az,