BMT baş katibi İsrail və Livan arasında atəşkəsi alqışladı
BMT-nin baş katibi Antonio Quterreş Livan və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb.
TodayPress xəbər verir ki, bunu Quttereşin sözçüsü Stefan Dujarrikin yaydığı bəyanatda bildirilir.
"Baş katib razılaşmanın hər iki
ölkə xalqına qarşı zorakılığa və iztirablara son qoyacağına ümid
edir" deyə bəyanatda bildirilir.
Daha əvvəl ABŞ prezidenti Cozef Bayden İsraillə “Hizbullah” arasında razılıq əldə olunduğunu vurğulamışdı.
Aynur TAC
tag: BMT, Baş Katib, Livan, İsrail, Atəşkəs, todaypress.az,