BMT 10 gün ərzində Qəzzada ərzağın tükənəcəyini açıqladı
BMT-nin Dünya Ərzaq
Proqramının Fələstin üzrə direktoru Antuan Renar Qəzzanın şimalında ərzaq
ehtiyatlarının 10 günə qədər çatacağı xəbərdarlığını edib.
TodayPress- ın məlumatına görə, bu
barədə “Financial Times” yazıb. Bildirilib ki, ərzaq tədarükü ilə bağlı
çətinlik humanitar yardımın çatdırılmasında 2 həftəlik məhdudlaşdırıcı
tədbirlərlə əlaqəlidir.
O bildirib ki,
təxminən 400 min Qəzza sakini sərt ərzaq qıtlığı ilə üzləşib.
Məlumata
əsasən, İsrail ərzaq tədarükünün məhdudlaşdırılmasını rədd edərək Qəzzanın
ərzaq və tibbi avadanlıqlardan ibarət 50 yük maşını ilə təmin edildiyini
açıqlayıb.
tag: Qəzza, İsrail, Fələstin, BMT, Qida, todaypress.az,