"Bloomberg": "Ukrayna ərazilərini güzəştə getməli olacaq"
Dünya
20.12.2024 13:27
ABŞ-nin hazırkı prezidenti Cozef Bayden administrasiyasının Ukraynaya hansı yardımı göstərəcəyindən asılı olmayaraq, Kiyev münaqişənin həlli üçün ərazi güzəştlərinə getməyə məcbur olacaq.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" rəsmilərə istinadən məlumat yayıb.
Onların fikrincə, Kiyevi təhlükəsizlik zəmanəti müqabilində ərazi iddialarından və NATO-ya üzvlükdən imtinanı nəzərdə tutan “acı nizamlanma” gözləyir. Rəsmilər əlavə edib ki, münaqişənin sona çatması şərtləri Baydenin son iki il ərzində qəbul etdiyi və ya edə bilmədiyi qərarların nəticəsi olacaq. Eyni zamanda, agentliyin digər həmsöhbətlərinin fikrincə, situasiyanın paradoksu ondan ibarətdir ki, ABŞ-nin hazırkı və ya gələcək administrasiyası dövründə nizamlanma razılaşmasının əldə olunmasından asılı olmayaraq, onun Ukrayna hakimiyyəti üçün nəticəsi eyni olacaq.
Üstəlik, avropalı rəsmilər qeyd ediblər ki, Ukraynanın müttəfiqləri əmindirlər ki, indiki Vaşinqton administrasiyasının Moskva ilə silahlı qarşıdurmasında Kiyevə heç vaxt kömək etmək planı olmayıb. Onlar bildiriblər ki, Vaşinqtonun hərbi yardımı artırmaq və anti-Rusiya sanksiyalarını gücləndirmək üçün indiki səyləri, kifayət deyil.
Töhfə Səməd
tag: Moskva ,Ukrayna, Müttəfiq ,Bayden ,todaypress.az,