“Bloomberg”: İsrail İranın ən azı bir nüvə obyektini vuracaq
Dünya
07.10.2024 10:32
İsrail İranın ən azı bir nüvə obyektini vuracaq.
TodayPress “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək rütbəli zabiti Qolf Qof deyib.
“ABŞ prezidenti Cozef Bayden çıxış edərək İranın nüvə proqramına zərbələri dəstəkləmədiyini bildirib. Düşünmürəm ki, israillilər buna əməl edəcəklər” deyə o qeyd edib.
Ekspertin fikrincə, İsrail Müdafiə Qüvvələri (IDF) ən azı bir nüvə obyektinə zərbə endirəcək ki, iranlılara İsrailin bunu edə biləcəklərini xatırlatsınlar.
Günəş Mərd
tag: İsrail, İran ,Mərkəzi Kəşfiyyat ,ABŞ, Cozef Bayden, Nüvə ,todaypress.az,