Blogerin əmlakına həbs qoyuldu
Dünya
18.01.2025 05:07
Moskvanın Troitski Məhkəməsi
Valeriya Çekalinanın (bloger Lerçek) əmlakına həbs qoyub.
TodayPress “TASS” a istinadən xəbər verir ki. bu barədə məhkəmənin
mətbuat xidməti məlumat yayıb.
"Moskvanın
Troitski Rayon Məhkəməsinin qərarı ilə müstəntiqin təqsirləndirilən şəxs
Valeriya Valeriyevna Çekalinanın əmlakına (pul) ibtidai istintaqın və
məhkəmənin bütün müddətinə həbs qoyulması barədə vəsatəti təmin edilib", -
mətbuat xidməti bildirir.
2024-cü il
dekabrın 17-də Moskva Şəhər Məhkəməsi Rusiya Federasiyasından 251 milyon rublun
çıxarılması işi üzrə birinci instansiya məhkəməsinin Çekalina və onun keçmiş
əri Artyom Çekalinin ev dustaqlığının müddətinin uzadılması barədə qərarını
qüvvədə saxlayıb. 2024-cü il oktyabrın 4-də Moskvanın Troitski Məhkəməsi
bloggeri ev dustaqlığına məhkum edib. Noyabrın 25-də birinci instansiya
məhkəməsi onun ev dustaqlığının müddətini uzadıb.
tag: Bloger, Rusiya,Həbs, Valeriya ,todaypress.az,