Blinkenlə Paşinyanın telefon danışığı oldu
Ermənistanın
baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinkenlə telefon
danışığı olub.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin
mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki,
tərəflər Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri, eləcə də
ikitərəfli Ermənistan-Amerika gündəmini müzakirə ediblər.
tag: Paşinyan, Blinken, Danışıq, Ermənistan, todaypress.az,