Blinken yeni sanksiyaların hədəflərini açıqladı
Dünya
30.10.2024 21:20
ABŞ hökuməti Rusiyanın
Ukraynada müharibə aparmasına kömək etdiyinə görə 400-ə yaxın fiziki və hüquqi
şəxsə qarşı sanksiyalar tətbiq edib, məhdudiyyətlər Rusiyanın hərbi-sənaye
kompleksinə və enerji sektoruna qarşı yönəlib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət
katibi Entoni Blinkenin bəyanatında deyilir.
“Bu tədbirlər Rusiyanın hərbi səyləri üçün həyati
əhəmiyyət kəsb edən bir sıra sektorlara qarşı yönəlib” Blinken bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər çoxsaylı üçüncü
ölkələrin qurumlarının, Rusiya Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli
əməkdaşlarının, müdafiə şirkətlərinin sanksiyalardan yayınmasına və gələcəkdə
Rusiyanın enerji təchizatı və ixracının artırılmasını dəstəkləyən şəxslərə
qarşı yönəlib.
tag: Rusiya, ABŞ, Sanksiya, Blinken, Ukrayna, todaypress.az,